AzEdu.az Təhsil Portalı 2022-2023-cü illər üzrə "Brend tələbə"lərin siyahısını elan edib.
"Brend tələbə" adını qazananlardan biri də Bakı Ali Neft Məktəbinin tələbəsi Röya Qasımovadır.
Röya AzEdu.az-a müsahibəsində tələbəlik həyatından, "Brend tələbə" olmağın yollarından, eləcə də tələbə olmaq istəyən namizədlərə ali təhsilin asan və çətin tərəflərindən bəhs edib.
Qeyd edək ki, müsahibimiz 2021-ci ildə 683.2 bal Bakı Ali Neft Məktəbinin Biznesin İdarə Edilməsi ixtisasına qəbul olub.Yüksək bal topladığı üçün 25 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevlə Qubadlının işğaldan azad olunması ilə əlaqədər Qubadlıda görüşmüşdür.
O, İELTS imtahanından 7.0 ballıq nəticə əldə edib. Hazırda Şmalkalden Tətbiqi Elmlər Universitetində mübadilə proqramı ilə Almaniyada təhsilini 1 smestrlik davam etdirir.
Videonu izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: