Azedu.az

Məktəbin önündə bıçaqlanan şagird ölüb - FOTO

23 Yanvar 2024, 09:53
Məktəbin önündə bıçaqlanan şagird ölüb - FOTO

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin verdiyi məlumata əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib.

 

Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Baş vermiş hadisədən dərin təəssüf hissi keçiririk. Şagirdimizin vəfatından kədərləndiyimizi bildirir və ailəsinə dərin hüznlə başsağlığı veririk.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox