Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul imtahanlarının tarixlərini açıqlayıb.
Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.
14 aprel tarixində keçiriləcək imtahanlar:
Əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi,V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazada kolleclərə qəbul imtahanı;
Ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan;
Eksternat qaydasında buraxılış imtahanı.
5 may tarixində keçiriləcək imtahanlar:
Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı;
Kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan;
Eksternat qaydasında buraxılış imtahanı.