Azedu.az

Nazir: “Müəllimlər bəzən günahkar olmasalar belə onların üzərinə gedilir”

30 Noyabr 2023, 16:38
Nazir: “Müəllimlər bəzən günahkar olmasalar belə onların üzərinə gedilir”

"Elm və Təhsil Nazirliyinin siyasəti məişət xarakterli məsələləri həll etmək deyil".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

 
Nazir qeyd edib ki, Müəllimlə müəllim, şagirdlə şagird arasındakı qalmaqal konfliktlərə köklənsək onda elm və təhsil siyasətindən yayınmış olacağıq.

 

"Biz demirik bu məsələlər bizə aid deyil. Sadəcə vaxt istəyirik ki, araşdırmağa vaxt verin. Son hadisələr onu deməyə əsas verir ki, müəllimlər bəzən günahkar olmasalar belə onların üzərinə gedilir".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox