Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi avtomabil qəzasında dünyasını dəyişib.
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, Tarix və coğrafiya fakültəsində, Tarix müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbəsi Əzizə Qalib qızı Əsgərova baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Tələbəyə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.