Azedu.az

BP- nin vitse-prezidenti : Ali məktəblərə müxtəlif istiqamətlərdə dəstək oluruq

1 Noyabr 2023, 15:18
BP- nin vitse-prezidenti : Ali məktəblərə müxtəlif istiqamətlərdə dəstək oluruq

"Universitetlərə müxtəlif istiqamətlərdə dəstək verməyə çalışırıq"

 

AzEdu.az xəbər verir ki, bunu BP şirkəti Xəzər bölməsində Xarici əlaqələr və Kommunikasiya  üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

 

"Çalışırıq ki, universitetlərlə dialoq qura bilək. Universitetlərin hansı istiqamətdə dəstəyə ehtiyacı varsa, müəyyənləşdirib, töhfə verməyə çalışırıq. Maddi- texniki bazanın formalaşdırılması, kitabxanaların zənginləşdirilməsi, müəllimlərin peşəkarlıq qabiliyyətlərinin artırılması, vəsaitlərin tərcümə işlərinin həyata keçirilməsi, peşə təhsili sahəsində layihələrin formalaşdırılması və s. Kimi işlərdə əməkdaşlıq edilir".

 

Vitse-prezidenti qeyd edib ki, II istiqamət sənayenin universitetlərə ünvanladığı təkliflərdir.

 

"Yay proqramları, təcrübə mübadiləsi və s. kimi tələbəyönümlü işlərdə dialoq qurmağa çalışırıq. Onu da qeyd edim ki, hətta pandemiya dövründə belə məzunların işə qəbulunu dayandırmadıq.

 

Bizim sektorda hansısa bir sahəylə bağlı müzakirələr olduğu zaman bu sahədə çalışacaq kadrların olmadığını müşahidə edirik. Bu zaman da universitetlər üçün tələb yaranır".

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox