Azedu.az

Nazirlik müəllimləri dezinformasiyaya uymamağa ÇAĞIRDI

23 Oktyabr 2023, 13:10
Nazirlik müəllimləri dezinformasiyaya uymamağa ÇAĞIRDI

Son günlər sosial şəbəkələrdə növbəti fənn müəllimlərinin sertifikasiya prosesi ilə bağlı məlumatlar yayılmağa başlayıb.

 

Qeyd edilir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Tam və ümumtəhsil məktəblərinin müəllimlərin sertifikatlaşdırılması" layihə qanununa əsasən 12 oktyabr 2023- cü il 937 N- li qərarına görə 2024- cü ildə keçirələcək sertifikasiya imtahanlarının zamanı təsdiq olunub.

 

Riyaziyyat- İnformatika fənn müəllimlərinin sertifikasiyası - fevral ( I zona) və mart ( II zona) ayında, Xarici dil ( İngilis, rus, fransız, alman)- may ( I zona) və iyun ( II zona) ayında, Tarix və Coğrafiya- avqust ( I zona) və sentyabr ( II zona) ayında keçiriləcək.

 

 AzEdu.az bu məlumatların doğru olub-olmaması ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib.

 

Nazirlikdən bildirilib ki, müəllimlərin sertifikatlaşdırılmasına dair müxtəlif zonalar üzrə dərc olunan cədvəllərin heç biri həqiqəti əks etdirmir.

 

“Bizim media resurslarımız lazım olan vaxtda bütün məlumatları çatdıracaq”.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox