"Əmək haqqına təsir edən məqam məhz test imtahanıdır".
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib:
"Məlumdur ki, sertifikasiya test və müsahibə mərhələsindən ibarətdir. 60 baldan 30 bal toplamış müəllim artıq müsahibə mərhələsinə dəvət olunur. Müsahibə mərhələsində qiymətləndirmə 5 meyar əsasında aparılır. Maksimal bal 40 baldır. 40 baldan 20 bal toplamış müəllim artıq sertifikatlaşmış müəllimdir. Və növbəti 5 il ərzində bu prosesdən azaddır".
O bildirib ki, müəllimin sertifikatı alması üçün həm test, həm də müsahibə mərhələsindən keçməsi mütləqdir.
"Amma əmək haqqına təsir edən məqam məhz test imtahanı mərhələsində topladığı nəticədir".