Azedu.az

Sertifikasiya növbəsində riyaziyyat müəllimləri olacaq?

16 May 2023, 17:50
Sertifikasiya növbəsində riyaziyyat müəllimləri olacaq?

"Sertifikasiyaya cəlb ediləcək növbəti fənn müəllimləri ilə bağlı hələ ki qərar verilməyib".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib. 

 

"Sertifikasiya imatahanında iştirak edəcək növbəti fənn müəllimlərinin adının gələn il açqlanması nəzərdə tutulur. Mərhələli şəkildə təhlilər aparılır və ona uyğun olaraq qeyd ediləcək. Hələ ki bununla bağlı konkret bir qərar verilməyib".

 

Nazir qeyd edib ki, bu məsələ ilə bağlı hər hansı bir qərar qəbul edilərsə, ictimayətə məlumat veriləcək.

 
Qeyd edək ki, bəzi iddialara və qeyri-rəsmi məlumatlara görə, növbəti sertifikatlaşdırlacaq müəllimlər riyaziyyat fənnini tədris edən təhsilverənlər olacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox