Azedu.az

“Rektorun qəbul otağı” - Dillər universitetinin rəhbəri tələbələrə əlçatandırmı...

25 Aprel 2023, 12:04
“Rektorun qəbul otağı” - Dillər universitetinin rəhbəri tələbələrə əlçatandırmı...

AzEdu.az “Rektorun qəbul otağı” rubrikasında tələbə və rektor münasibətlərini öyrənmək üçün universitetlərə müraciət edir.

 

Burada əsas məqsəd ali təhsil müəssisələrində rektorların tələbələr üçün əlçatan olub-olmadığını ictimayətə təqdim etməkdir. 

 

AzEdu.az-ın budəfəki yazısı Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abullanın qəbul günləri ilə bağlıdır. 

 

 

Akademik Kamal Abdulla iyunun 2-də Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinə təyin edilib. 

 

ADU-da təşkil olunan “Açıq qapı” günləri barədə universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı ətraflı məlumat verib. 

 

“Universitetimizdə rektorun qəbul günləri hər həftənin 3-cü günü saat 16:00-dan 19:00-a qədər olur. Qəbul günləri yalnız kənardan gələn vətəndaşlar üçün təşkil olunur. Universitet müəllimləri, tələbələri və əməkdaşları üçün qəbul gününə ehtiyac duyulmur. Çünki rektor həftəiçi iş qrafikinə uyğun olaraq istənilən vaxt universitet tələbələrini və yaxud müəllimləri qəbul edir".

 

C.Zeynallı rektorun qəbuluna yazılma prosesi barədə də danışıb:

 

“Kənardan gələn vətəndaşlar üçün qəbula düşmə prosesi belədir ki, həmin şəxs rektorun adına ərizə ilə müraciət edir. Vətəndaş Qəbulu şöbəsindən keçərək əlaqə nömrəsini bildirir. Daha sonra isə əməkdaşlarımız həmin şəxslə əlaqə saxlayıb qəbul gününə dəvət edirlər.

 

Azərbaycan Dillər Universitetində rektorun qəbul günlərində demək olar ki, tələbələr iştirak etmirlər. Çünki, onlar qəbul günləri olmadan da mütamadi olaraq rektorla görüşüb, ünsiyyət qura bilirlər”. 

 

C.Zeynallı müraciət edilən məslələlərin həll yolundan danışıb:

 

“Qəbul günlərində müraciət edən şəxslər əsasən, iş və sosial məsələlərlə bağlı mövzuları qabardırlar. Əksərən bu məsələlərin universitetə aidiyyatı olmur. Universitet ilə əlaqəli olan məsələlər daha çox təhsil haqqı və yataqxana barəsində olur. Qaldırılan məslələrin həllində birbaşa rektor və aidiyyatı olan bütün prorektorlar iştirak edir. Həmçinin, Daxili nəzarət şöbəsinin müdiri də həmin məsələlərin icrasına nəzarət edib, rektora hesabat verir”.

 

Müsahibimiz bildirib ki, qəbul günlərindən başqa rektor tələbələrlə sosial plotformalar vasitəsi ilə də kommunikasiyada ola bilir:

 

“Sosial platforma olaraq əsasən e-mail istifadə olunur. Demək olar ki, tələbələrin əksəriyyətində rektorun şəxsi e-maili var və ora istədikləri vaxt yaza bilirlər. Həmçinin,  universitetimizdə bir neçə təşkilat var ki, onlar vasitəsi ilə tələbələr baş verən məsələlər və yaxud problemləri rəhbərliyə çatdıra bilərlər. Çünki həmin təşkilatların rəhbərləri universitetdə hər həftə təşkil olunan rektor yanındakı şurada iştirak edirlər və zərurət olduğu halda tələbələrin problemlərini də səsləndirə bilirlər”, - deyə o, fikrini tamamlayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox