Azedu.az

Sualların hansı meyarlarla yoxlanacağı hələ məlum deyil - Məleykə Abbaszadə

17 Mart 2023, 11:40
Sualların hansı meyarlarla yoxlanacağı hələ məlum deyil - Məleykə Abbaszadə

“Sualların səhv olduğu barədə iddiaların yayılması mənasızdır".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib:

 

“Bu sulların rəsmi şəkildə necə yoxlanacağı açıqlanmayıb. Sualların hansı meyarlarla  yoxlanacağı hələ məlum deyil. Açıq suallarda bu meyarları imtahandan sonra ekspertlərlə işləyirik.

Riyazıyyatda “Bu sualın həlli yoxdur” cavabının olması da normal haldır. Yəqin ki, orta məktəbi bitirən hər bir kəs bilir ki, diskriminant mənfidirsə,  kvadrat tənliyin kökü yoxdur. Bu yazı suallarıdır. Biz görmək istəyirik ki, abituriyent öz fikrini nə formatda çatdıra bilir”, -deyə o fikrini tamamlayıb.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox