15 mart saat 09:00-a olan məlumata əsasən, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verən 102206 abituriyent öz ərizəsini təsdiq edib.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il 15 mart saat 23:59-dək davam edəcək.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.