Azedu.az

Azərbaycanda kişi dayələr... - Belə hallar çoxdurmu?

22 Fevral 2023, 12:48
Azərbaycanda kişi dayələr... - Belə hallar çoxdurmu?

Dayə bu qadın peşəsidirmi?  Bu gün soruşmaq istədiyiniz insanlardan böyük əksəriyyəti bunun belə olduğunu söyləyəcək. Qadınlar bu peşəni öz adlarına çox ciddi şəkildə möhkəmləndirə biliblər. Amma onlarla kişi peşəsi var ki, qadınlar nəinki özlərini bu sahədə sınayıb, hətta bu sahələrdə kişilərdən daha çox uğur qazanıblar. Dəqiq desək, bu peşələri kişilərin əlindən alıblar. Bəs nədən kişilər qadınların özəlləşdirdiyi dayəlik peşəsinə  “girişə” bilmir? Bəlkə də artıq girişiblər, bizim xəbərimiz yoxdur. Gəlin araşdıraq.


AzEdu.az
-ın əməkdaşı kişi dayəsi kimi iş axtardığımız barədə sosial şəbəkədə elan yerləşdirib. Sadəcə bu sahədə vəziyyəti yoxlamaq üçün. Nəticəsi gözlədiyimizdən də aşağı oldu. 10 gün saytda qalan elana 1 nəfər də ciddi reaksiya vermədi. Müraciət edənlər isə...


Dayəlik peşəsi Azərbaycanda çox uzun müddətdən mövcuddur. Hətta Azərbaycanda Sovet hakimiyyəti qurulmazdan qabaq bəylərin, xanların, zadəganların uşaqlarına dayələr baxırdı və bu dayələr heç də zərif cinsin nümayəndələri deyil. Burada qadın dayələr qız uşaqlarının təlim-tərbiyəsi ilə, kişi dayələr isə oğlan uşaqlarının tərbiyəsi ilə məşğul olurdu. Sovet hakimiyyəti illərində isə dayələk peşəsi az qala aradan çıxmışdı. Çox nadir hallarda evdə uşaqların tərbiyəsi ilə məşğul olmaq, ev işlərində ailənin qadınına kömək etmək üçün dayə xidmətindən istifadə olunurdu.


Müstəqillik illərindən sonra isə dayə xidmətinə tələb çox sürətlə artmağa başladı. Bu əsasən xarici ölkələrdə mövcud sahədəki vəziyyətlə bağlı idi. Bizim adamlar xarici ölkələrə səfərlər edir, orada ailələrlə tanış olur və dayələrin faydalı olduğu ilə razılaşırdılar. Amma nədənsə xarici ölkələrdə qadın dayələrlə yanaşı, kişi dayələrdən də istifadə olunmasına baxmayaraq, bu hal Azərbaycanda geniş tətbiq olunmur. Bəzi ailələrdə kişi dayələrdən kömək məqsədlərlə istifadə edilir. Yəni qadın dayə evdə uşaqlara baxır, amma işlərini çatdıra bilmir və əlavə əl-ayağa ehtiyac yaranır. Bu zaman əlavə kişi dayələrdən istifadə olunur. Bu xidmət üsulunun Azərbaycanda geniş tətbiq olunacağı gözlənilmir. Çünki ikinci dayəni saxlamaq hər ailənin büdcəsinə uyğun deyil. Azərbaycan mentaliteti də kişi dayə xidmətindən istifadə etməyə imkan vermir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox