Azedu.az

Tələbələrimiz kosmik texnologiyalar üzrə beynəlxalq yarışın qalibi olub - FOTO  

15 Fevral 2023, 16:15
Tələbələrimiz kosmik texnologiyalar üzrə beynəlxalq yarışın qalibi olub - FOTO  

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət NEXUS komandası Fransanın Kann şəhərində keçirilən ActInSpace Kosmik texnologiyalar üzrə hakatonun Beynəlxalq finalında qalib gəlib.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev özünün Facebook səhifəsində paylaşıb.

 

 

Onun sözlərinə görə, tələbələrimiz həm hakatonun Qran-prisini, həm də Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını qazanıblar.

 

“35 ölkənin, 66 şəhərin və 2803 tələbənin qatıldığı Beynəlxalq Hakaton yarışmasında qələbə qazanan UFAZ tələbələrini ürəkdən təbrik edirəm”deyə,o fikrini tamamlayıb.

 

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox