Hazırda dünyada ən çox yayılmış xarici dil ingilis dili olduğu üçün bir çoxları onu öyrənməyə çalışır. Bu dili öyrənmək üçün müxtəlif youtube kanalları mövcuddur.
AzEdu.az ingilis dilini öyrənməyə yardımınıza olacaq 6 youtube kanalını sizə təqdim edir:
BBC Learning English
İngilis dili öyrənmək üçün çox uğurlu kanaldır. Bu kanalda həmçinin BBC xəbərləri haqqında da məlumat əldə edə bilərsiniz .
Learn English with EnglishClass101.com
Kanaldakı maraqlı videolarla tez bir zamanda Amerika və Britaniya mədəniyyətinə hakim olacaqsınız Beləliklədə , dilini öyrəndiyiniz ölkə haqqında daha çox məlumat əldə edəcəksiniz:
//www.youtube.com/c/EnglishClass101
Reachel’s English
Tamamilə tələffüz dərsləri olan bu saytı, vurğu mövzusunda çətinlik çəkənlərə, bəzi fonetik hərfləri və sözləri söyləyə bilməyənlərə tövsiyə edirik. Bu saytdakı dərsləri praktikada tətbiq etdikcə amerikan aksenti ilə danışacaqsınız .
//www.youtube.com/c/rachelsenglish
Pod Englidh
İngiliscəsi zəif olanlar üçün tövsiyə edirik . Kanalda dərslər kateqoriyalara bölünərək yerləşdirilmişdir.
//www.youtube.com/user/podEnglish
Business English - Learn with Business English Pod
Rəsmi ingiliscəsi ilə maraqlananlar bu kanala müraciət edə bilər.
//www.youtube.com/c/Businessenglishpod
Learn English with Rebecca · engVid
Videolarının əksəriyyəti qrammatikaya aid olan bu kanal olduqca maraqlı və sadə izahlı videolarla zəngindir.
//www.youtube.com/c/engvidRebecca
Qeyd edək ki, Bu youtube kanallarındakı videoların bəziləri amerikalı müəllimlər tərəfindən könüllü olaraq , bəziləri isə yalnız hobbi məqsədli hazırlanmışdır.
Gülcahan Məmmədova