Körpələr kitabları baxaraq, toxunaraq , açıb-bağlayaraq kəşf etməyə başlayır. Onlar uşaqların inkişafında, dünyanı mənimsəməsində ən yaxşı köməkçisi və dostudur.
AzEdu.az uşaqlarda mütaliənin aşağıdakı faydalı cəhətlərini sizlərə təqdim edir:
Yaradıcılıq qabiliyyətini artırır
Uşaqlar böyük xəyallar qurmağı və təxəyyüllərini işlətməyi daha çox bacarırlar. Övladınıza kitab oxumaq ona tanımadığı insanları, görmədiyi yerləri, yaşamadığı zamanları və hadisələri təhlil etmək üçün öz təxəyyülünü istifadə etməyə kömək edir.
Zehni inkişafı gücləndirir
Uşaqlar üçün elə kitab seçmək lazımdır ki, körpənin zehni inkişafını dəstəkləsin. Şəkilli, illüstrasiyalı kitablara üstünlük vermək daha yaxşıdır.
Yuxu rejimini düzəldir
Kitab yuxu sisteminin tənzimlənməsinə müsbət təsir edir. Xüsusilə fantastika janrı yuxudan əvvəl sakitləşməyə kömək edir. Beləliklə uşaqlar daha yaxşı yatır və səhərlər özlərini daha gümrah hiss edirlər. Həmçinin, hər gün yatmamışdan əvvəl yarım saat kitab oxumaq uşaqların məntiqi qabiliyyətini də inkişaf etdirir.
Fiziki cəhətdən daha aktiv olurlar
Uşaqlar oxuduqları hər bir cümləni həmin dəqiqiə öz beyinlərində canlandırırlar. Onlar özlərini hekayənin içində hiss edir və əsərin qəhrəmanları kimi ağıllı olduqlarını, hər şeyin öhdəsindən rahatlıqla gələ biləcəklərini düşünürlər.
Xarici dillərin öyrənilməsinə vasitə olur
Kitab oxumaq hər şeydən əvvəl uşağın dilinin inkişafına faydalıdır. Qeyd etmək lazımdır ki, dil və nitq qabiliyyəti uşaq hələ danışma yaşına gəlməzdən əvvəl inkişaf etməyə başlayır. Tədqiqatlar göstərir ki, kitab oxuyan uşaqların xarici dil bacarıqları daha güclü olur.
Son olaraq qeyd edək ki, Elektron kitablardan uzaq durun. Bu kitablar uşağın gözünə zərərli ola bilər. Həmçinin pedoqoqlar və psixoloqlar 3-4 yaşa qədər uşaqların elektron vasitələrdən uzaq tutulmasını tövsiyyə edirlər.