Azedu.az

“Buraxılış imtahanındakı dəyişiklik nəticələrə təsir edəcək”-Gənclərin marağı artacaq...

31 Oktyabr 2022, 09:15
“Buraxılış imtahanındakı dəyişiklik nəticələrə təsir edəcək”-Gənclərin marağı artacaq...

 

Buraxılış imtahanında xarici dillər üzrə şagirdlərin “Yazı” məzmun xətti üzrə bilik və bacarığı  cavabı  yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək.

 

Belə ki, şagirdlərə təqdim edilən üç şəkil əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunacaq.

 

Bəs bu yenilik buraxılış imtahanlarının nəticəsinə necə təsir göstərəcək?

 

Qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında

 

“Buraxılış imtahanındakı  bu dəyişiklik şagirdin  xarici dil səviyyəsinin daha yaxşı inkişaf etdirilməsi üçün nəzərdə tutulub. Bu eyni zamanda müasir təhsil islahatları əsasında  tətbiq olunan  kurikulum proqramının yoxlanılmasıdır. 

 

Həmçinin xarici dil fənni üzrə magistratura  səviyyəsində də müəyyən dəyişikliklər edildi. Ali təhsil  müəssisələrinə qəbul imtahanın birinci mərhələsi olan, tam (11 illik) orta təhsil səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması nəzərdə tutulur. Bu barədə yəqin ki, yaxın günlərdə məlumat veriləcək".

 

Mütəxəssis bu dəyişikliyin imtahan nəticələrinə təsirindən söz açıb:

“Ballara gəldikdə isə buraxılış imtahanındakı dəyişikliklər müəyyən qədər  də olsa ballara təsir edəcək. Növbəti  ildə, 9 illik  bazada kolleclərə qəbul zamanı  müəyyən qədər ballarda enmə halı gözlənilir. Əlbəttə ki, ballarda çox deyil, müəyyən qədər enmə halları ola bilər”.

 

İngilis dili üzrə təlimçi Aytən Vəliyeva AzEdu.az-a açıqlamasında bu dəyişikliklərin şagird və tələbələrə xarici dili mükəmməl səviyyədə aşılamaq məqsədi daşıdığını bildirib:

 

"Biz  müasir gənclikdən danışırıq , gələcəkdə ölkəmizi dünyada tanıtmaq üçün gənclərimizin xarici dil bilməsi mütləqdir. Xarici dil fənni üzrə 9-cu və 11-ci  siniflərdəki buraxılış, eyni zamanda magistratura imtahanlarındakı dəyişikliklər gənclərin dil bacarıqlarını artırmaq məqsədi daşıyır. Hazırkı gənclik xarici dil öyrənməyə meyillidir. Buraxılış imtahanındakı dəyişikliklər xarici dillərə marağı daha da artırır. Bu proses onların təhsil və karyera həyatlarında xarici dilin nə dərəcədə önəmli olmasını göstərir".

 

 

Gülcahan Məmmədova 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox