Azedu.az

Bağça pul istəyir haradan tapım?! – AzEdu-nun “Poçt qutusu”na gələnlər

12 Aprel 2022, 14:07
Bağça pul istəyir haradan tapım?! – AzEdu-nun “Poçt qutusu”na gələnlər

 

 

AzEdu.az təhsil portalında yeni “Problem, şikayət və təkliflər” xidmətinə start verilib.

 

Xidmət çərçivəsində təhsil ictimaiyyətinə daxil olan şəxslər (müəllim, şagird, tələbə və bu sahəyə üzv olan insanlar) həmin sektorda qarşılaşdığı problem, şikayət və digər neqativ halları bizimlə bölüşmək imkanı əldə edəcək.

 

AzEdu.az rubrikanın ilk buraxılışını təqdim edərək bizə gələn şikayət və təklifləri təqdim edir:

 

Təkliflərdən biri xarici dil fənni ilə bağlıdır: 

 

“Təklifim ingilis dilində listening (dinləmə mətni) ilə bağlıdır. Dəfələrlə bildirilir ki, kənd məktəblərində liqafon və internet problemi olduğu üçün oradakı şagirdlər bu tapşırıqları etməkdə çətinlik çəkir. Təəssüf  ki, buna aidiyyatı qurumlar diqqət yetirmir.

 

Təklif edərdim ki, dinləmə mətni sadəcə ingilis dili ixtisasını seçən tələbələrə şamil olunsun. Bunu deməkdədə bir sıra səbəblər var. Məlum olduğu kimi, Azərbaycanda ingilis dili fənni yaxşı şəkildə tədris olunmur. Onun səviyyəsinə görə ölkəmiz Avropa dövlətləri arasında sonuncu yerdədir. Həmin fənn hələ də düzgün keçirilmədiyi  şəraitdə buraxılış imtahanında dinləmə bacarığı tələb olunması nə qədər düzgündür?! Bundan əlavə, bu il dinləmə sualları sanki asan bir bacarıqmış kimi şagirdlərdən açıq suallarda  tələb olunur. İELTS sertifikat imtanında belə dinləmə tapşırıqları sıra ilə verilir, amma bizim buraxılış imtahanında ordan-burdan verilməsi uşaqlarda çaşqınlıq yaradır və bu səbəbdəndir ki, riyaziyyat kimi hamının çətin qəbul etdiyi fənndən 100 bal toplayan şagird ingilis dilindən yalnız 70 -80  əldə edə  bilir. Bunu  statistikalar da göstərər. Ən azından listening məktəblərdə düzgün tədris olunana kimi ya asan salınmalı və yaxud da tamamilə çıxarılmalıdır”.

 

Bakı sakini,  Vüsalə Qasımova adlı valideyn  şikayətini bizimlə bölüşür:

 

“Mən  II qrup əlil və astma xəstəsiyəm, Hövsanda yaşayıram. Hövsanın bütün baxçaları uşağın biri üçün 200 manat tələb edir. Mən bu pulu haradan tapım?! 3 uşaq anasıyam, onlardan ikisi məktəbə gedir, o biri isə 3 yaşındadır. Müalicə almaq üçün xəstəxanaya getməliyəm, lakin övladımı qoymağa heçkim yoxdur. 126 nömrəli baxçaya yaxınlaşıb dərdimi dedim və övladımın adını  yazdırdım, amma mənə  dedilər ki,   200 manat verməlisən. Dedim şikayət edəcəyəm, yenə də önəm vermədilər. İstəyirəm ki, övladımı  126 nömrəli baxçaya yerləşdirim və   müalicə prosesimi davam etdirim. Orada yer olduğunu da bilirəm”.

 

 

ZƏRURİ QEYD:  AzEdu.az bu kimi məsələlərin işıqlandıraraq onun həllinin tapılmasında köməklik edəcək. Həmçinin, təhsil portalı qarşı tərəfin də fikirlərini alaraq baş verən hadisəyə qərəzsiz yanaşacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hər zaman hazırıq!

 

Təhsil cameəsində çalışan şəxslər  şikayət, təklif və müraciətlərini  [email protected] ünvanına  göndərə bilərlər.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox