“Məktəblər dini və siyasi kliplər çəkmək üçün yer deyil”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinq zamanı deyib.
O, qeyd edib ki, dini klipin çəkilməsi üçün Təhsil Nazirliyindən icazə alınmayıb; “Kimsə klip çəkə bilər, lakin bunun məktəbdə edilməsi və bazar gününə salınması düzgün deyil. Məktəb elm müəssisəsidir”.