Bu il 60 min şəxs müəllim olmaq üçün müraciət edib”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov həmin qurumun 90 illik hesabat tədbiri zamanı deyib.
O, qeyd edib ki, STEAM-la bağlı müəllimlərin hazırlığı da davam edir. “Hazırda ölkəmizdə STEAM-la bağlı 25 mindən çox müəllim hazırlanır, həmçinin müəllimlərin olimpiada hazırlıqları ilə bağlı inkişafları da davam edir”.