Azedu.az

İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 1117 namizəd qeydiyyatdan keçib  

4 Dekabr 2021, 15:09
İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün indiyədək 1117 namizəd qeydiyyatdan keçib  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

AzEdu.az xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:05-dək imtahanda iştirak etmək üçün 1117 (BA - 265, BB - 852) nəfər qeydiyyatdan keçib.

 

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox