Müəyyən hallarda təhsil müəssisəsinin təhsili dövlət təhsil standarlarına uyğun təşkil etməyərək keyfiyyətsiz kadr hazırlığına səbəb olması müşahidə oluna bilər.
AzEdu.az “Təhsil haqqında” Qanuna əsasən xəbər verir ki, bu halda müvafiq icra hakimiyyətinin məhkəmədə iddia qaldırmaq hüququ var.
Qanunda qeyd edilir ki, təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.
Bununla yanaşı iddiaya, təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi də daxildir.