Azedu.az

Doktorantlar üçün “Tədqiqata giriş” mövzusunda ilk seminar keçirildi  

4 May 2021, 14:52
Doktorantlar üçün “Tədqiqata giriş” mövzusunda ilk seminar keçirildi  

Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi doktorantlar üçün “Tədqiqata giriş” mövzusunda ilk seminar təşkil edib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, seminarda spiker qismində Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, Rusiya Təhsil Akademiyasının akademiki, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov çıxış edib. O, doktorantlara aparacaqları tədqiqatların istiqamətləri və təhsil alacaqları müddət ərzində görəcəkləri işlər barədə geniş məlumat verib və doktorantura təhsilinin alqoritmini izah edərək tövsiyələrini verib.

 

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox