“Sağlam təhsil – sağlam millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinə layihə qəbulu davam edir.
Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak üçün son tarix aprelin 20-si saat 18:00-a nəzərdə tutulub. Namizədlər qeyd edilən tarixədək müvafiq sənədləri [email protected] elektron ünvanına göndərməlidirlər.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumat Təhsil Nazirliyinin rəsmi saytında verilib.