Azedu.az

Çində təqaüd proqramına sənəd qəbulu davam edir  

27 Fevral 2021, 12:40
Çində təqaüd proqramına sənəd qəbulu davam edir  

Çin Xalq Respublikasının Tsinqua Universitetinin ictimai səhiyyə üzrə Vanke Məktəbinin təqaüd proqramına sənəd qəbulu davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün nəzərdə tutulan təqaüd proqramı 2021-2022-ci tədris ilini əhatə edir. Proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər. Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına martın 31-dək müraciət etmək mümkündür.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox