Azedu.az

Azərbaycanda daha 4 170 nəfər koronavirusa yoluxub, 38 nəfər öldü  

29 Noyabr 2020, 15:07
Azərbaycanda daha 4 170 nəfər koronavirusa yoluxub, 38 nəfər öldü  

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 170 yeni yoluxma faktı qeydə alınıb, 1 985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 38 nəfər “COVID-19”dan vəfat edib.

 

Hazırkı dövrədək Azərbaycanda 118 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73 676 nəfər müalicə olunaraq sağalıb, 1 361 nəfər vəfat edib, aktiv xəstə sayı 43 158 nəfərdir.

 

Ötən müddət ərzində 1 718 235 test aparılıb. Bugünkü test sayı isə 17 581-dir.

 

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox