AzEdu.az təhsil portalının “Məktəbdən səngərə” rubrikası davam edir.
Rubrika çərçivəsində müəllim və şagirdlər səngərdə torpaqlarımızın azadlığı uğrunda vuruşan əsgər və hərbiçilərimizə ürək sözlərini yaza və onlara arzu və istəklərini çatdıra bilərlər.
Bu dəfə isə Y.Kovalyov adına 229 nömrəli məktəbin 3 "ç" sinif şagirdi Vəliyeva Aişayam və A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbin III sinif şagirdi Ruqayya Qurbanlının məktublarını təqdim edirik:
Salam, Azərbaycan əsgəri! Mən Bakı şəhəri, Nizami rayonu, Y.Kovalyov adına 229 nömrəli məktəbin 3 "ç" sinif şagirdi Vəliyeva Aişayam. Sizdən tez-tez yaxşı xəbərlər alırıq. İnanıram ki, yaxşısınız. Prezidentimizə və şanlı ordumuza inanıram. Sizdən xahiş edirəm anamın, nənəmin və babamın doğulduğu Zəngilan rayonunu da tezliklə düşməndən azad edin. Sizə inanan və sizi çox sevən hərbiçi qızı Aişa. Özünüzü qoruyun, Allaha əmanət olun.
Azərbaycan Əsgəri
Darda Vətən torpağı,
Uca qaldır bayrağı,
Sənsən elin dayağı,
Mərd igidi, mərd əri,
Azərbaycan əsgəri!
Silahlar işıq saçar,
Düşmənə atəş açar,
Erməni qorxub qaçar,
Addım atmaq sən geri,
Azərbaycan əsgəri!
Ruqayya Qurbanlıbın məktubu: