“Son günlərdə 10-15 məktəbi bağlamağa məcbur olduq”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi və TƏBİB-in birgə keçirdiyi brifinqdə deyib
O, məktəblərdə COVİD-19-a yoluxma faktından söz açıb:
“Qonşu ölkələrdə koronavirusun ikinci dalğası müşahidə edilir. Təhsil Nazirliyi məktəblərdə yoluxanlarla bağlı ictimaiyyətə gündəlik məlumat verir. 15 sentyabr-5 oktyabr aralığında iki məktəb distant təhsilə keçdi.
İndiki zamanda isə 10-15 məktəbi bağlamağa məcbur olduq”.
Qeyd edək ki, 2 noyabra kimi ölkədə olan bütün təhsil müəssisələrində tətil elan edilib.