Azərbaycan Texniki Universitetində (AzTU) Elmi şura tərəfindən qəbul edilən “Gələcəyin müəllimi” layihəsi həyata keçirilir.
AzTU-dan AzEdu.az-a verilən məlumata görə, layihənin məqsədi universitetin akademik sahədə potensialını gücləndirməkdir. Bu, həmçinin AzTU-nun kadr potensialını öz tələbələri hesabına gəncləşdirməsi və müasir innovasiya tələbini qarşılamağa istiqamətlənib.