Virus yaxın zamanda yox olmayacağı təqdirdə övladınızı hansı şərtlər çərçivəsində yenidən məktəbə göndərərsiniz? Avqust ayının sonlarındayıq. Məktəblərin hər zamanki açılma tarixi yaxınlaşır. Uşaqların güvənli məkanda təhsil almaq əsas hüquqlarından biridir. Təbii ki, distant təhsil ənənəviyə rəqib və ya alternativ ol bilməz. Şagirdlərin bir ekran arxasından daha artıq öyrənməyə ehtiyacı var.
Məktəbləri güvənli bir yer olaraq görmək xəyal olmamalıdır. Təəssüf ki, ABŞ-da hələ də COVİD-19 virusu sürətlə yayılmaqdadır. Dövlət məktəblərinə yetərincə tibbi dəstək göstərilmir. Əlavə olaraq da yaxın günlərdə koronavirusun azyaşlı və yeniyetmələr arasında da yayıla biləcəyi təsdiqləndi. Onlar da virusa qarşı həssas qrupa aid edildilər.
Valideynlərin bütün bu xaos vəziyyətindən sonra üzərinə böyük yük düşür. Övladlarını məktəbə göndərsinlər ya yox? AzEdu.az türk mediasına istinadən vacib detalları təqdim edir: