Azedu.az

Azərbaycanlı şagird nüfuzlu Kanada universitetinə qəbul oldu

23 May 2020, 13:54
Azərbaycanlı şagird nüfuzlu Kanada universitetinə qəbul oldu

BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanovın qızı Kanadanın York Universitetinə qəbul olub.

 

AzEdu.az xəbər verir ki, bu haqda Elçin Süleymanov öz rəsmi “Facebook" səhifəsində məlumat verib.

 

O, qızının bu uğura necə nail olmasından bəhs edib:

 

“Bir valideyin üçün ən böyük xoşbəxtlik övladlarının xoş xəbərlərini eşitməkdir. Korona və başqa sıxıntıların olduğu bu günlərdə qızım Zəhranın Kanadanın York Universitetinə Kompyuter elmləri üzrə qəbul olması mənim üçün ikiqat bayram oldu. Qızım Zəhranın bu uğurunda başda Zəhranın orta təhsili 3 fərqli ölkə və 8 fərqli məktəbdə oxuyarkən hər zaman əziyyətini çəkən anası olmaqla bu təhsili sürəsində zəhmət çəkən bütün müəllimlərinə təşəkkür edirəm”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox