Azedu.az

Evdə qalmaqla xarici dil öyrənəcəyimiz ödənişsiz kurslar -Çox faydalı

24 May 2020, 14:03
Evdə qalmaqla xarici dil öyrənəcəyimiz ödənişsiz kurslar -Çox faydalı

Koronavirusun ölkəmizdə də yayılması səbəbi ilə sağlığımızı qorumaq üçün evdə qaldığımız bu günlərdə “zamanımı necə dəyərləndirə bilərəm” deyirsinizsə, sizə bir cavabımız var.

 

Günümüzdə gənclərin müraciət etdiyi hər sahədə qarşılarına əsas tələblərdən biri kimi xarici dil biliyinin olması qoyulur. Bu isə bir çoxlarımıza həll edilməsi olduqca çətin bir məsələ kimi görünür. Əslində isə daimi olaraq çalışdığımız müddətdə xarici dili çox asanlıqla öyrənə bilərik.

 

Hər dildə kursların olduğu “Udemy” evdə qaldığınız bu zamanlarda vaxtınızı daha səmərəli şəkildə keçirməyinizə şərait yarada bilər.  Xatırladaq ki, “Udemy” platformasında hər hansı dili öyrənmək üçün istənilən sayda kurs var, bunların çoxu isə ödənişsizdir.

 

AzEdu.az “Udemy”dəki ödənişsiz xarici dil kurslarını təqdim edir:

 

1) İspan dili: Ödənişsiz olaraq onlayn şəkildə ispan dili öyrənmək istəyirsinizsə, buraya daxil olun;

 

2) İngilis dili: Pulsuz ingilis dili kursları üçün buraya klikləyin;

 

3) Fransız dili: Əgər öyrənəcəyiniz dil fransız dilidirsə, buraya giriş edin;

 

4) Ərəb dili: Ödənişsiz ərəb dili kursları ilə tanış olmaq üçün buraya daxil olun;

 

5) Portuqal dili: Portuqal dilini heç bir ödəniş etmədən öyrənmək üçün buraya klikləyin;

 

6) Rus dili: Rus dilini öyrənmək istəyirsinizsə, buraya giriş edin;

 

7) Yapon dili: Ödənişsiz yapon dili kursları üçün isə buraya olun.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox