Azedu.az

Birinci vitse-prezident Mehriban Əliyeva gəncləri təbrik edib

2 Fevral 2020, 12:10
Birinci vitse-prezident Mehriban Əliyeva gəncləri təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib.

AzEdu.az-ın məlumatına görə, təbrik Birinci vitse-prezidentin “İnstagram” səhifəsində yerləşdirilib.

Birinci vitse-prezident gənclərimizin ölkənin gələcəyi olduğunu vurğulayıb: “Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox