“Ötən il təmayülləşməyə cəlb edilən şagirdlərin sayı 47000-ə çatıb”.
AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.
Nazir bildirib ki, təmayülləşmə işlərimizi bu il də davam etdirəcəyik:
“Təmayülləşməyə cəlb edilən şagirdlərin nəticələri qeyri təmayüllü siniflərlə müqayisədə müsbət mənada fərqlənirlər. Daha müsbət nəticələr üçün təmayülləşmə işlərimizi bu il də davam etdirəcəyik”.