Azedu.az

Doktorant və dissertantlarımızın nəzərinə

13 Noyabr 2019, 14:34
Doktorant və dissertantlarımızın nəzərinə

Azərbaycan Universitetinin Elm şöbəsi tərəfindən “Tədqiqat, elmi nəticə, elmi məqalə” mövzusunda təlim təşkil olunacaq.

Universitetdən AzEdu.az-a bildirilib ki, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyevanın aparacağı təlimin məqsədi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və uğurlu dissertasiya işlərinin hazırlanmasına kömək göstərilməsidir.

Təlim noyabrın 21-də Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzində saat 10:00-da təşkil olunacaq.

Azərbaycan dilində keçiriləcək təlimdə iştirak etmək istəyən doktorant və dissertantlar (+99412) 431 41 12 (126 və 136) nömrəli telefonla əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün son müraciət tarixi noyabrın 15-dir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox