Azedu.az

Artırılan təhsil xərcləri, işdən qovulan direktor-Həftənin icmalı

13 Oktyabr 2019, 13:19
Artırılan təhsil xərcləri, işdən qovulan direktor-Həftənin icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatdı 

 Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi başa çatdı

Sərgidə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dən artıq iştirakçı qatılıb.

Azərbaycanın ali təhsil müəssisələrinin böyük əksəriyyətinin iştirak etdiyi sərgidə Təhsil Nazirliyi tərəfindən "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunub.

Ötən həftədə təhsil xərcləri 30 faiz artırıldı  

Azərbaycanda bakalavriat və magistratura səviyyələrində ixtisaslar üzrə təhsil xərcləri 30 faiz artırıldı

Bu barədə Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında etdiyi dəyişikliklə bağlı məruzəsi zamanı məlumat verib.

Nazir müəllimlərdən pul yığan məktəb direktorunu işdən çıxardı

Ötən həftədə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı məlumat yayılıb.

Oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmələrinin rəhbərləri həmin məktəbdə olublar.

Məlum olub ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin 20 iyun 2019-cu il tarixli müraciətinə əsasən, bu təhsil müəssisəsinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq yeni məktəbin tikintisini aparıldığı müddətdə tədris prosesinin başqa binada aparılmasına icazə verilib. Avqustun 9-da Təhsil Nazirliyi tərəfindən təklif olunan binaya baxış keçirilib və məktəbin həmin binada yerləşdirilməsi razılaşdırılıb. Binanın daşınma və icarə haqqı xərclərinin isə dövlət vəsaiti hesabına maliyyələşdirilməsi qərara alınıb. Buna baxmayaraq, məktəbin direktoru Bəsti Hüseynova təhsil müəssisəsinin icarə haqqının ödənilməsi adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.

Həmin faktla bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır. Araşdırma aparıldığı müddətdə məktəbin direktoru Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb.

Təhsil naziri yeni şöbə müdiri təyin etdi 

Tovuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyinatı oldu

Elmira Mürşüdlü Tovuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.

  İlham Əliyev Türkiyənin Təhsil nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

 Ötən həftədə Təhsil naziri Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 9-da Təhsil naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maniq ilə görüşüb.

 Həftənin təhsil informasiyaları

Bakıda  uşaqların  bağçalara qəbulu elektron qaydada aparılacaq  

Bakıda körpələr evi-uşaq bağçaları, uşaq bağçalarında uşaqların qəbulu elektron qaydada həyata keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi bununla bağlı elektron sistemin yaradılması üçün tender elan edib.

Ceyhun Bayramov Beynəlxalq Təhsil Sərgisi ilə tanış olub

Geridə buraxdığımız gündə Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 Azərbaycanda ən çox 4 ixtisas üzrə təhsil xərcləri artırıldı

Azərbaycanda bakalavriat səviyyəsində ən bahalı  ixtisaslar üzrə təhsil xərcləri 20 faizdən çox artırılıb.

Bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.

Sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində solo oxuma, dirijorluq, bəstəkarlıq və musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 1380 manat artırılaraq 6 min 820 min manatdan 8 min 200 manata qaldırılıb.

  

 

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox