Ötən tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin hazırlıq şöbələrində təhsil alan xarici vətəndaşlarının ümumi sayı 600 olub.
AzEdu.az xəbər verir ki, 2018-2019-cu tədris ilinin əvvəlində dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin hazırlıq şöbələrində təhsil alanlar daha çox Türkiyə vətəndaşlarıdır. Təhsil alanların 448-i oğlan,152-i isə qız olub. Hazırlıq şöbələrində təhsil alanların 21-i MDB ölkələrin vətəndaşlarıdır.
Ölkələrin adı və hazırlıq şöbələrində təhsil alan tələbələrin sayı:
MDB ölkələrindən-21
Qazaxıstandan-5
Rusiyadan-9
Türkmənistandan-4
Ukraynadan-3
Digər ölkələrdən-579
Çaddan-1
Çin Xalq Respublikasından-1
Gürcüstandan-1
Əfqanıstandan-7
Hindistandan-14
Qanadan-3
İndoneziyadan-1
İordaniyadan-5
İraqdan-19
İrandan-98
İsveçdən-2
Keniyadan-1
Koreya Respublikasından-6
Şri-Lankadan-13
Misirdən-6
Monqolustandan-2
Nepaldan-7
Nigeriyadan-21
Pakistandan-54
Suriyadan-9
Sudandan-8
Türkiyədən-285
Liviyadan-5
Banqladeşdən-10.