Azedu.az

IELTS  imtahanına hazırlaşanlara vacib xəbər - \"Speaking\"ə bu suallar   salınacaq

25 Sentyabr 2019, 13:43
IELTS  imtahanına hazırlaşanlara vacib xəbər - \

“Sentyabrdan dekabra qədər bu sualların IELTS  imtahanın danışıq hissəsinə salınma ehtimalı var”

Bunu AzEdu.az-a açıqlaması zamanı ingilis dili müəllimi Tofiq Hüseynli bildirib. Onun sözlərinə görə, bu sualların öncədən verilməsi tələbələrin IELTS imtahanının danışıq hissəsinə hazırlaşmalarını asanlaşdırır:

“IELTS imtahanına salınan suallar 4 aydan sonra dəyişilir. Amma dəyişikliklər olsa belə  imtahanda salınan suallar arasında böyük fərq olmur. Sualların öncədən verilməsi tələbələrin IELTS imtahanın danışıq hissəsinə hazırlaşmalarını asanlaşdırır. IELTS danışıq bölümü  3 hissədən ibarətdir. Elə buna görə də suallar da 3 hissəyə görə ayrı-ayrı verilir. Amma bu o demək deyil ki, IELTS  imtahanının danışıq hissəsinə salınan sualların hamısı buradan düşür. Sadəcə bu mövzular ətrafında tələbələrə suallar verilir”.

IELTS imtahanına salınma ehtimalı olan sözügedən suallarla tanış olmaq üçün aşağıda qeyd olunan videonu izləyə bilərsiniz:

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox