7-14 oktyabr tarixlərində 2019-cu il üzrə Nobel mükafatı laureatlarının adları elan olunacaq.
AzEdu.az xəbər verir ki, TED.az-ın İsveçrə Akademiyasına istinadən verdiyi məlumata görə, mükafat həftəsi oktyabrın 7-də tibb və ya psixologiya sahəsi üzrə qalibin elanı ilə başlayacaq.
Oktyabrın 8-də Fizika, 9-da isə Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.
Oktyabrın 10-da 2018 və 2019-cu illər üçün Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları məlum olacaq.
Oktyabrın 10-da Sülh, oktyabrın 14-də İqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.
Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatı təqdim edilməyib.