Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasındakı kolleclərə sənəd verən ən yaşlı tələbənin 59 yaşı var.
Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarov AzEdu.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, namizəd 1959-cu il 12 iyun tarixində dünyaya gəlib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu aprelin 30-u başa çatıb və 84377 abituriyent elektron ərizəsini təsdiq edib.