Azedu.az

Bu il  kollec bitirənlərin universitetlərə qəbul şansları daha çoxdur - RƏSMİ  

23 May 2019, 11:53
Bu il  kollec bitirənlərin universitetlərə qəbul şansları daha çoxdur - RƏSMİ  

“Bu il  kollec bitirənlərin universitetlərə qəbul olunma şansları çoxdur".

Azedu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev Təhsil Nazirliyində bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Nazirlər Kabineti bu il üzrə plan yerlərini təsdiq edib:

"Bu il plan yerləri Nazirlər Kabinetinin qərarı ilə artırılıb. Ötən il 45.599 nəfərlik plan yeri ayrılmışdısa, bu il həmin yerlərin sayı 48.506 nəfərə çatdırılıb. Bu səbəbdən də kolleci bitirənlərin ali təhsil müəssisələrinə qəbul şansı yüksəkdir".

Xatırladaq ki, ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanuna 62 düzəliş edilib. Bu qaydalar həmin düzəlişlər əsasında təsdiq olunub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox