Azedu.az

Ali təhsilini başa vurmayanlar kolleclərə köçürüləcəklər – Bu yolla  

23 May 2019, 11:44
Ali təhsilini başa vurmayanlar kolleclərə köçürüləcəklər – Bu yolla  

"Ali təhsilini başa vurmayan şəxslər kolleclərə transfer oluna biləcəklər"

Azedu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev Təhsil Nazirliyində bu gün keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, bu yenilik də bu ildən tətbiq olunacaq:

"Ali təhsilini başa vurmayan şəxslər  kolleclərə Təhsil Nazirliyinin portalı vasitəsilə transfer oluna biləcəklər. Bunun üçün bakalavrlara "transfer.edu.gov.az" portalında şərait yaradılacaq".

Xatırladaq ki, ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanuna 62 düzəliş edilib. Bu qaydalar həmin düzəlişlər əsasında təsdiq olunub.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox