Azedu.az

Təhsil Nazirliyi \"Formula 1\"lə bağlı məktəblərə təlimat göndərdi

24 Aprel 2019, 13:58
Təhsil Nazirliyi \

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə aprelin 26-28-də Bakı şəhərində keçiriləcək "Formula 1" SOCAR Azərbaycan Qran-prisi ilə bağlı təlimat məktubu göndərilib.

Bu haqda AzEdu.az-a nazirlikdən verilən məlumatda bildirilib.

Məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur. 

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox