Azedu.az

Ukraynanın yeni prezidenti kimdir? - DOSYE

22 Aprel 2019, 14:39
Ukraynanın yeni prezidenti kimdir? - DOSYE

Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

Seçkilərdə keçirilmiş milli “exit poll”un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb.

AzEdu.az Vladimir Zelenskinin dosyesini təqdim edir

Vladimir Zelenski 1978-ci ilin yanvarın 25-də Ukraynanın Krivoy Roq şəhərində anadan olub. Atası texnika elmləri doktoru, ali məktəb müəllimi, anası evdar qadındır. 

Vladimir orta məktəbin birinci sinfini atasının işlədiyi Monqolustanda bitirib, sonra Krivoy Roqda ingilis dili təmayüllü gimnaziyada təhsil alıb. 


Zelenski 16 yaşında İsraildə pulsuz təhsil almaq üçün qrant qazanıb. Lakin atası orada oxumağı ilə razılaşmayıb.  Məktəb illərində diplomat olmağı arzulayıb və bu məqsədlə Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət Universitetinə və Beynəlxalq Münasibətlər üzrə Kiev Dövlət Universitetinə qəbul olunmaq üçün hazırlaşıb.

Zelenski, orta məktəbdə dərnək tamaşalarında fəal iştirakı, yerli ansamblda gitara çalması ilə fərqlənib.

Vladimir Zelenski Krivoy Roq İqtisadiyyat İnstitutunun hüquq fakültəsində təhsil alsa da,  öz ixtisası üzrə işləməyib. 1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub. 2003-cü ildən Ukraynanın “1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şouya aparıcılıq edib. 

Bundan əlavə, Zelenski 2005-ci ildən “İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb. 

Ukraynanın yeni prezidenti Vladimir Zelenski 2003-cü ildən ailəlidir, bir qızı, bir oğlu var. 

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox