“Əvvəlki qəbul imtahanı daha asan idi: Test toplusunu əzbərlə,sonra da get, yaz”.
Artıq növbəti qəbul imtahanlarına sayılı günlər qalıb. Kurikulum tipli ilk qəbul imtahanı olacağını nəzərə alsaq, abituriyentlərin həyəcanını başa düşmək olar.
AzEdu.azolaraq, abituriyentlər arasında sorğu keçirərək, onların həyəcanını bölüşdük.
“Ənənəvi üsullu testlərdə situasiya tipli suallar yoxdu”
Bakı şəhəri Xəzər rayonu 149 saylı tam orta məktəbin 11-ci sinif şagirdi MirsəyidAğalarov - O, daha çox valideynlərinin reaksiyasından çəkinir:
“İmtahanla bağlı əsas narahatlığım valideynlərimdir. Birdən qəbul olmazsan, yaxşı hazırlaş və s. deyərək, çox üstümə düşürlər.
İlk imtahan verəcək kurikulum buraxılışı olmağımızın xüsusi bir narahatlığı yoxdur. Çünki biz elə məktəbəbu sistemlə başlamışıq. Hərdən evdə bacımın köhnə testlərinə baxıb, arada çox fərqlər görürəm. Ənənəvi üsullu testlərdə situasiya tipli suallar yoxdur.
İmtahanla bağlı birazRiyaziyyatdan çəkinirəm, vəssalam”.
“Əvvəlki qəbul qaydaları daha asan idi, nəinki indiki”
Sumqayıt şəhər 9 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Aydan Namazovadaha çox Riyaziyyatdan çəkindiyini deyir:
“İmtahan verəcək ilk kurikulum buraxılışı bizik və ənənəvi qaydalarla müqayisə etdikdə, imtahanda çox fərqlər var. Məsələn, bizdə imtahanikimərhələli həyata keçirilir, hər fəndən 8-i açıq olmaqla, 30 test olur, bundan əlavə, “listening” də var.
III qrupa hazırlaşıram. Bir dəfə sınaq imtahanında oldum, onda da, açıq tipli sualları kodlaşdıra bilmədim. Bu səbəbdən də əsas qorxum açıq testlərdir.Sualların necə düşəcəyini dəqiq bilmirik. Fənn olaraq, əsas çətinliyim Riyaziyyatdandı. Çünki, bu fənnə həm marağım, həm də hazırlığa gec getdiyim üçün potensialım yoxdu.
Əvvəlki qəbul qaydaları daha asan idi, nəinki indiki.
Bir də əvvəlki dərsliklərlə bizimkilər arasında bəzi uyğunsuzluqlar olur. Məsələn, tarixdə bir döyüşün tarixi başqa göstərilir, bizdə başqa”.
“Kimya sualları sanki, İnformatikanın alternatividir”
Yardımlı rayon Anzov kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Nurlan Qaraşlı imtahanla bağlı bəzi qorxuları olduğunu deyir:
“İlk kurikulum buraxılışı olduğumuz üçün imtahanın asan keçəcəyini deyirlər. Ammaistər-istəməz insanda qorxu yaranır.
I qrupa hazırlaşıram. İmtahanla bağlı əsas qorxum “listening”dir. Çünkihazırlığım yoxdur. Daha sonra, Kimya sualları sanki, İnformatikanın alternatividi. Bir də əsas çəkindiyim Fizikadır. Bu fənnin sualları mənə daha qəliz gəlir.
Əvvəlki imtahan qaydaları ilə müqayisədə, məncə, bizimki daha çətindi, xüsusilə də açıq tipli suallarda. Çünki keçən il də sınaq imtahanında oldum və o açıq sualları ya, cavabları yerinə yazmaqla, ya da 50/50 üsulu ilə tapmaq mümkün idi. Amma bizdə daha çox fikirləşməli oluruq. Bu da çox vaxt aparır. Nə yaxşı ki, imtahan iki mərhələlidi, yoxsa, ümumiyyətlə, vaxt çatdırmaq mümkün olmazdı”.
“İmtahan verəcək ilk kurikulum buraxılışı olmağın təbii ki, qorxusu var”
Qaradağ rayon 294 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Aygün Abbasova əsas motivasiya mənbəyinin ailəsi olduğunu deyir:
“Belə deyim, 9-cu sinfə kimi dərslərimiz ənənəvi formada olurdu.Kurikuluma demək olar, birdən-birə keçdik. Əvvəlki imtahan qaydaları mənə daha rahat gəlir. İndi isə, açıq testlərin sayı artırılıb, “listening” əlavə edilib. Bir də təbii ki, imtahan verəcək ilk kurikulumburaxılışı olmağın qorxusu var. Əvvəlkilərdən fərqli olaraq, bizdə imtahanlar iki mərhələli keçirilir və test kitabçaları verilmir. Cavablar elan olunana qədər, nəticəmizin necə olacağını, balların hansı qaydada hesablanacağını bilmirik. Bir sözlə, ənənəvi qəbul imtahanları ilə müqayisədə, bizim imtahanlar daha çətindir.
III ixtisas qrupuna hazırlaşıram. Əsas narahatlığım Riyaziyyat və “listening”, bir də bizdə açıq tipli testlərdəndir. Çünki açıq suallarınqiymətləndirilməsi ənənəvi qaydadan fərqli olur.Bəzən, doğru cavabı tapsaq da, həll yoluna görə düzgün hesab edilmir. Əsas motivasiya qaynağım isə ailəmdir”.
“Əvvəlki kimi seçim imkanımız saxlansaydı, daha yaxşı olardı”
Yardımlı rayon A.Q.Fətullayev adına Anzov kənd tam orta məktəbin 11-ci sinif şagirdi Fürqan Ağababayev rus dilini bilmədiyi üçün “listening”də çətinlik çəkir:
“Kurikulum tipli imtahanlarda heç olmadığım üçün, açığı, biraz çəkinirəm.
III ixtisas qrupuna hazırlaşıram. İmtahanla bağlı əsas qorxum, açıq tipli suallar və “lestening”lə bağlıdır. Rus dilini bilmədiyim üçün, dinləmə mətnləri ikiqat çətin gəlir. Açıq testlərə gəldikdə isə, əvvəlki kimi seçim imkanımız saxlansaydı, daha yaxşı olardı. Belə bizə çətin olacaq”.
“İmtahana Allah ümidinəgedirik”
Bakı şəhəri Binəqədi rayonu 314 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Coşqun Abdullayev indiki imtahan formasından xeyli gileyləndi:
“Özümü imtahana hazır hiss etmədiyim üçün yaxşı bal yığmamaq qorxusu yaşayıram. Əsas çəkindiyim fənlər Riyaziyyat və İngilis dilidir.
Ənənəvi qəbul imtahanı ilə indikini qarşılaşdırdıqda çox fərqlərolduğunu var. Yeni tipli tapşırıqlar -“listening”, Riyaziyyatdan 12 açıq tipli sual və İngilis dilindən çətin mətnlər və s.- səbəbindən, əvvəlki qəbul imtahanı daha asan idi.
Ənənəvidə asan idi: test toplusunu əzbərlə, sonra da get. yaz. Amma bu çox fərqlidi, araşdırılmalı məntiqi suallar, “listening”lər vəs. Ənənəvi imtahanda Riyaziyyatdan başqa bütün fənlərdən 23-24 sual yazırdım və nəticəm də yüksək olurdu. İndi vəziyyət dəyişib. Gələn bazar buraxılış imtahanıdı və biz də imtahana Allah ümidinə gedirik. İlk kurikulum məzunu olmağının mənfi cəhətlərindən biri də sanki, bizim üzərimizdə eksperiment aparmalarıdır.
Bu baxımdan, məncə, bəzi səhvlərə yol verilib. Məsələn, dərs proqramını tamamlanmamış, aprelin 7-si imtahan verməliyik. Məncə, bu, düzgün deyil. Çünki hazırda hər kəs hazırlığa gedir, dərs proqramı isə qurtarmayıb. Bir də bizə 11 il “listening” öyrədilməsə də imtahanda bu da var.
III qrupu Polis Akademiyasına görə seçmişdim o da təəssüf ki, alınmadı”
Rəna NƏBİ