Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
AzEdu.az təqaüd proqramına aid zəruri məlumatları təqdim edir:
Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.
Təhsil haqqı, tədris vəsaitləri, yataqxana, tibbi xidmət xərcləri, aylıq təqaüd Qazaxıstan tərəfindən qarşılanacaq. Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri isə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən ödəniləcək.
Tələb olunan sənədlər:
CV (rus və ya ingilis dillərində, maksimum 2-3 səhifə);
Şəxsiyyət vəsiqəsinin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan surəti;
Ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
Sağlamlıq haqqında arayış N86 və QİÇS, Hepatit A, B, C başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayışın rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
Attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan surəti;
Bakalavr təhsili üzrə diplom (diploma əlavənin) (magistratura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan surəti;
Bakalavr, magistratura təhsili üzrə diplom (diploma əlavənin) (doktorantura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan surəti;
Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilən oxuduğunuza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə), ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilərin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan surəti;
2 ədəd 3x4 rəngli fotoşəkil;
Motivasiya məktubu (250-500 sözlük, qazax, rus və ya ingilis dilində);
Məhkumluq barədə arayış (rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan);
Tövsiyə məktubu (rus və ya ingilis dilində);
Dil sertifikatı tələb olunur.
Müraciət forması:
Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməlidirlər //www.app.htp.edu.az - Elektron qeydiyyatı düzgün şəkildə tamamlayan, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcək;
Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməlisiniz;
Müsahibə üçün təyin olunan vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaq;
Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir;
Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;
Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunanların adları Qazaxıstan tərəfinə təqdim ediləcək;
Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Qazaxıstan tərəfinə göndərilən namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcək;