Təlimçi-ekspert Günel Əliyeva bu il rayonlarda “Mən bir müəlliməm” adlı ödənişsiz təlimlər keçirəcək.
AzEdu.az xəbər verir ki, Kurikulum və Pedaqogika üzrə keçiriləcək təlimlər Şirvan, Lənkəran, Qəbələ və digər rayonlarda baş tutacaq. Təlimin məqsədi isə müəllimlərə imtahanda dəstək xarakterlidir.
Qeyd edək ki, metodist ən çox dəvət aldığı rayonlarda təlim keçəcək. Bunun üçün isə sadəcə təlimin keçiriləcəyi yerin təşkil edilməsi kifayətdir.