Azedu.az

Botanika İnstitutunun əməkdaşı bürünc medala layiq görüldü

20 Fevral 2019, 18:04
Botanika İnstitutunun əməkdaşı bürünc medala layiq görüldü

AMEA Botanika İnstitutunda təcrübə keçmiş Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdləri Aliyə Əliyeva və Yusif Sərhanbəyli-Quliyev “Sabahın alimləri” VIII Respublika müsabiqəsində “Ekologiya” nominasiyası üzrə III yerə layiq görülüblər.

AzEdu.az xəbər verir ki, şagirdlərin müsabiqəyə təqdim etdikləri “Yosunların sututarlarında neft və neft məhsullarını təmizləməsi” mövzusunda elmi iş institutun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarovanın rəhbərliyi ilə yerinə yetirilib.

Məktəblilər Xəzər dənizinin Bakı buxtasında neftlə çirklənmiş ərazidən götürdükləri nümunələr üzərində alqofloranın təyinatını aparıb, yosunların növ tərkibini öyrənib və neftlə çirklənməyə qarşı tolerant növləri təyin ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox