Bu gün xalq şairi Vaqif Səmədoğlunun ildöndümüdür.
AzEdu.az-a açıqlamasındaV.Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova öz təəssüratlarını bölüşüb:
"Məktəb illərindən atasının ona bağışladığı fotoaparat, Abdulla Şaiqin hədiyyə etdiyi kitablar qalıb”.
Nüşabə xanım bildirib ki, bu dörd ildə imkanım olduğu qədər onun adının əbədiləşdirilməsi ilə məşğul olmuşam:
“Kitablarını çap etdirdim. Parisdə fransız dilinə tərcümə olunan kitablarının təqdimatı oldu.
Qarşıdan səksən illik yubileyi gəlir. Öz tərəfimdən bununla bağlı müəyyən işlər görürəm. Üç ildən çoxdur ki, sərəncam verilib, amma barelyefinin vurulması həyata keçirilmir".
Qeyd edək ki, 5 iyun 1939-cu ildə xalq şairi Səməd Vurğunun ailəsində doğulan Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də uzun sürən xəstəlikdən sonra vəfat edib.