AzEdu.az “İraq göz” rubrikası çərçivəsində xaricdə təhsil alan tələbə və məzun soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.
Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxacağıq...
Qeyd edək ki, müsahiblərə bir çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar yalnız məlumatlı olduqları universitetlər haqqında danışıblar…
Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:
İtaliyanın LaSapienza Universitetinin tələbəsi Abdulla Həsənli:
ADA Universiteti - Azərbaycanda xarici universitetlərlə rəqabətə girəbiləcək yeganə ali təhsil müəssisəsidir. Universitetdə ən son texnologiyaların tətbiqi ilə keçirilən dərslər, bir sıra beynəlxalq konfrans və xarici qonaqlara ev sahibliyi etməsi, tələbələrdə həm elmi biliyin artmasına həm də, dünyagörüşünün formalaşmasında böyük rolu var. ADA Universitetinin problemi isə sadəcə, təhsil haqqının çoxluğudur.Fikrimcə, universitetin fondu hər il, təqaüd proqramı açsa yaxşı olar, bu tək ADA-ya yox bütün ali təhsil müəssisələrimizə aiddir.
Bakı Dövlət Universiteti -Cümhuriyyətin ən gözəl miraslarından biri olan BDU eyni zamanda, müsəlman Şərqindəilk ali məktəbdir. Amma bəzi məsələlər haqqında həqiqətən fikirləşmək lazımdır. Məsələn, yazılı imtahanlarda tələbələrə yalnız 5 sual təqdim olunur və yalnız onları cavablamaları tələb edilir. Hansı ki, tələbə bəlkə də sırf o 5 suala hazır deyil. Düşünürəm ki, bu heç düzgün qiymətləndirmə metodu deyil. Digər problem isə həddən artıq yaşlı müəllimlərin auditoriyalarda dərs deməsidir. Hansı ki, bu zaman 18 yaşlı tələbənin 80-85 yaşlı professor ilə müstəqil şəkildəfikrini bildirməsi mümkünsüzdür. Müəllimlərin hamısı bizə vacibdir. Amma müasir dövrlə ayaqlaşmaq lazımdır. Yaşlı professorları unutmağımızı demirəm sadəcə onlar seminarlara , tədbirlərədəvət oluna bilərlər.
UNEC - Son dövrlərdə ən sürətlə inkişaf edən universitetlərdən biridir. Artıq UNEC adını brend etməyi bacarıb. Eləcə də universitetdə elmi heyət əsasən orta nəslin nümayəndələrindən ibarət olması sevindirir. Sadəcə, imtahan məsələsini qəbul edə bilmirəm. Ümumiyyətlətest üsulu ilə keçiriləcək imtahanlara qarşıyam. Çünki, test üsulu ilə tələbə heç nə öyrənmir, bu əzbərçilikdən başqa bir şey deyil.
ADNSU - Son kadr dəyişikliyindən sonra sürətlə inkişaf edən universitetlərdən biridir. Eyni zamanda, Avropa universitetləri ilə aparılan ortaq proqramlı dərslər tələbənin inkişafı baxımından çox gözəldir. İmtahanlar isə yazılı ilə yanaşı həm də şifahi olur. Fikrimcə, şifahi imtahan ən ideal qiymətləndirmə metodudur.
ADPU –Azərbaycan Müəllimlər İnstitutu ilə birləşdikdən, eləcə də son dəyişikliklərdən sonra ADPU sürətlə inkişafa doğru dəyişir. Universitetdə əsasən “Xəlifə günü” kimi günlərin təşkili çox maraqlıdır. Eyni zamanda, tələbələrin rəhbərliyə fikirlərini çatdırması çox yaxşı haldır.
BANM - Azərbaycanda ən bəyəndiyim və sürətlə inkişaf edən universitetlərdən biridir. Son texnologiyanın tətbiqi ilə keçirilən dərslər, tələbələrin əksər beynəlxalq konfrans və tədbirlərdə iştirakı sevindirici haldır. Ümumiyyətlə, bu günə qədər BANM-da oxuyub narazı olan tələbə görməmişəm.
Xəzər Universiteti - Özəl ali təhsil müəssisələrdən isə yalnız Xəzər Universitetinin adını çəkə bilərəm. Çünki digər özəl universitetlərdə vəziyyətin necə olduğunu hamı bilir və danışmağa ehtiyac da yoxdur. Xəzər Azərbaycanda sırf Qərb stilli yeganə universitetdir. Tələbələri isə həmişə texniki məsələləri problem edir. Yəni, binanın balaca olması, kampusunolmaması və s. kimi…
Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi Ceyhun Zəkəryəyev
BANM- Bu ali təhsil müəssisəsi haqqında orada oxuyan dostumdan məlumat aldım. Belə bir fikir məndə yarandı ki, universitetdə problem azdır və verdiyi təhsil isə keyfiyyətlidir. Universitetdə tələbələr problemlə üzləşdikləri zaman rektora dedikdən bir neçə gün sonra həll olur. Burada tələbələrin dərsdən kənar vaxt keçirməsi üçün fitness, futbol , voleybol zalları var. Fikrimcə, belə yerlərin olması tələbələrin özinkişafıüçün yaxşıdır. Amma eşitdiyimə görə, Azərbaycanın çox universitetlərində imtahanlar arasında məsafələr çoxdur. Fikrimcə, imtahanlar daha kiçik zaman aralığında olsa daha yaxşıdır. Oxuduğum KAİST Universitetində imtahanlar 1-2həftə ərzində olur, fikrimcə, bu yaxşıdır.
UFAZ- Burada da müəllim, rektor və şagird arasında yetərincəsıx əlaqə, səmimiyyət var. Universitetdə yaxşı göstəriciləri olan tələbələr yayda Fransaya gedə bilirlər. Tələbənin xarici ölkədə təcrübə qazanması çox xeyirlidir. Amma universitet yeni açıldığından dərs sistemi tələbələrə yaxşı uyğunlaşmayıb. Fikrimcə, dərs sistemi bir az dəyişilsə daha yaxşı olar. Universitetdə gün ərzində olan dərs saatı da azaldılmalıdır.
ATU-Universitetdə tələbələrinqiymətləndirmə sistemində bəzi problemlər var çünki bəzən sərt olur. Burada da tələbə, rektor arasında yaxşı əlaqə var. Fikrimcə, universitetdə olan şəraiti daha yaxşı etmək olar.
Ümumiyyətlə,Azərbaycan universitetləri haqqında onu deyə bilərəm ki, ali təhsil müəssisələrində ingilis dili daha çox istifadə edilsin.Fikrimcə, tələbələrin gələcəyi üçün ingilis dili çox vacibdir. Həmçinin, bəzən, tələbələrə həddindən artıq çox təzyiq olur. Universitetlərdə bəzi qaydalar sərtdir və şagirdə daha çox sərbəstlik verilməlidir. Məsələn: oxuduğum KAİST Universitetində tələbələr istədikləri fakültələri seçə bilərlər. Tələbələr imtahanda zəif nəticə göstərsələr növbəti semestrdə də yenidən oxuyurlar.